Mədəniyyət xalqları birləşdirir

 

   İyunun 4-dən 6-dək Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri iki ölkənin ənənəvi dostluq münasibətlərinə töhfə oldu. Mədəniyyət günlərində Bakıda “Belarus bu gün” sərgisi keçirildi, Belarus filmləri nümayiş olundu. Belaruslu incəsənət ustalarının üç gün ərzində təqdim etdikləri konsert proqramları xüsusilə yadda qaldı.

   İyunun 4-də Azərbaycan Dövlət Filarmoniyasında, ayın 5-də Xaçmaz şəhərində çıxış edən “Svyata” Dövlət Xalq Musiqisi Ansamblının iyunun 6-da Bakının Mərdəkan qəsəbəsindəki Mədəniyyət sarayında konserti də alqışlarla qarşılandı. Nüfuzlu beynəlxalq müsabiqələrin laureatı, bayan ifaçısı Vladislav Pliqovkanın çıxışı da zalda böyük coşqu yaratdı. Beləcə, xalqlararası mədəni bağların möhkəmlənməsinə xidmət edən daha bir mədəniyyət tədbiri tarixə qovuşdu.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 16.